“İl-76 ya Fransanın hava hücumundan müdafiə sistemi, ya da Amerikanın “Patriot” kompleksi tərəfindən vurulub”
“Rusiyanın İl-76 təyyarəsi Belqorod vilayətində Ukrayna ordusu tərəfindən Qərb silahlarının köməyi ilə vurulub. İndi bunu Rusiya araşdırır”. AYNA “RİA Novosti”yə istinadən bildirir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada diplomatik nümayəndəliklərin rəhbərləri ilə görüşdə deyib.
“Prezident Vladimir Putinin qeyd etdiyi kimi, Rusiyanın İl-76 təyyarəsi Belqorod vilayətində ya Fransanın hava hücumundan müdafiə sistemi, ya da Amerikanın “Patriot” kompleksi tərəfindən vurulub”, - deyə Lavrov qeyd edib.