Lavrov Avropa ölkələrini nasizmdə ittiham etdi

Dünya

03.10.2023 - 09:30

Həkimlər Klinikalar SEO Xidməti

“Bəzi Avropa öləkələrinin Rusiya qeydiyyatlı avtomobillərin ərazilərinə girişinə qadağa qoyması nasizmin təzahürüdür”

“Bir sıra Avropa ölkəsinin Rusiya qeydiyyatlı avtomobillərin öz ərazilərinə girişinə qadağa qoyması nasizmin təzahürüdür”. AYNA rus mediasına istinadən bildirir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Nazir “Valday” klubunun 20-ci illik toplantısının yekunlarına dair sualları cavablandırarkən bildirib ki, Avropa ölkələrinin nümayəndələri zahiri görünüşlərini sürətlə itirirlər ki, bu, heyrətamizdir.

"Bu, yalnız ruslara münasibətdə nasizm adlandırılan halın təzahürüdür", - nazir vurğulayıb.

Qeyd edək ki, Rusiya dövlət nömrə nişanlı avtomobillərin Bolqarıstan ərazisinə daxil olmasına qadağa oktyabrın 2-də günün sonundan etibarən tətbiq olunmağa başlayıb.

Finlandiya sentyabrın 16-da gecə yarısından etibarən Rusiya qeydiyyatlı avtomobillərin ölkəyə girişinə qadağa qoyub. Anoloji addımı Estoniya hakimiyyəti də atıb.

Müəllif: Ayna.az