Rusiya XİN başçısı Moskvadas Feridun Sinirlioğlu və İqnatsio Kassis ilə görüşüb
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) baş katibi Feridun Sinirlioğlu və ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrə Federal Xarici İşlər Departamentinin rəhbəri İqnatsio Kassis ilə görüşüb.
AYNA.AZ rus mediasına istinadən bildirir ki, görüşdə ATƏT-dəki böhran və bütün iştirakçı dövlətlərin maraqlarını nəzərə alaraq yığılmış problemlərin həlli yollarını müzakirə ediblər.
“ATƏT dərin böhran içindədir və özünü məhv etmək təhlükəsi ilə üzləşib. Səbəb isə çox sadədir: Qərb ölkələrinin əksəriyyətinin Helsinki Yekun Aktında və sonrakı illərdə ATƏT-in zirvə görüşlərində qəbul edilmiş bəyannamələrdə təsbit olunmuş yüksək prinsiplərdən radikal şəkildə uzaqlaşması”, - deyə Lavrov qeyd edib.