Lavrov Abdullahiyanla Fələstin-İsrail münaqişəsini müzakirə ediblər

Dünya

12.12.2023 - 16:48

cedabet dərman SEO Xidməti

Rusiya və İran XİN rəhbərləri arasında telefon danışığı olub

Rusiya və İranın xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini telefon danışığında müzakirə ediblər. AYNA xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) saytında məlumat yerləşdirilib.

Rusiya və İran XİN başçıları ikitərəfli münasibətlərə dair aktual məsələləri, eləcə də Fələstin-İsrail münaqişəsini müzakirə ediblər.

Nazirlər münaqişə zonasında dərhal atəşkəs elan edilməsi, mülki əhaliyə yardım göstərilməsi, bu məqsədlə BMT-nin nüfuzundan istifadə olunmasına çağırış ediblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş