Laricani İran prezidentliyinə namizəd olub

Dünya

31.05.2024 - 13:53

Həkimlər Klinikalar SEO Xidməti

Milli Təhlükəsizlik Ali Şurasının keçmiş katibi növbədənkənar prezident seçkilərində prezidentliyə namizəd kimi qeydə alınıb

İranın Milli Təhlükəsizlik Ali Şurasının keçmiş katibi Əli Laricani növbədənkənar prezident seçkilərində prezidentliyə namizəd kimi qeydə alınıb. Bu barədə AYNA İGNA-ya istinadən xəbər verir.

Mayın 30-da İranın daxili işlər naziri Əhməd Vahidi prezident seçkilərində iştirak etmək üçün namizədlərin qeydiyyatına başlandığını elan edib. Namizədliyini irəli sürmək istəyənlər beş gün ərzində Daxili İşlər Nazirliyi ilə əlaqə saxlamalı və ərizələrini təqdim etməlidirlər.

Bundan sonra yeddi gün ərzində qeydiyyatdan keçmiş bütün şəxslərin namizədliyinin irəli sürülməsi məsələsinə baxılacaq.

Təsdiq edilmiş namizədlərin yekun siyahısı iyunun 11-də açıqlanacaq. Siyahı dərc edildikdən sonra hər bir namizədin təşviqat üçün 15 gün vaxtı olacaq.

Qeyd edək ki, İranda növbədənkənar prezident seçkiləri iyunun 28-də keçiriləcək. Əgər namizədlərdən heç biri lazımi sayda səs toplamasa, iyulun 5-də ən çox səs toplayan iki namizəd arasında seçkilərin ikinci turu keçiriləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş