Laçında kütləvi sayda piyada əleyhinə mina aşkar edilib - VİDEO

Xəbərlər

05.08.2024 - 23:28

cedabet dərman SEO Xidməti

Minalar təhlükəsiz qaydada yığılaraq zərərsizləşdirilib

Avqustun 5-də Laçın rayonu ərazisində aparılan minatəmizləmə fəaliyyəti nəticəsində Kiçik İşıqlı dağının cənub hissəsindəki dərə boşluğunda mina sahəsi aşkar edilib.

Bu barədə AYNA-ya Müdafiə Nazirliyindən bildirilib.

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən ərazinin təmizlənməsi zamanı 2021-ci ildə Ermənistanda istehsal edilmiş Э-001 М tipli 102 ədəd piyada əleyhinə mina təhlükəsiz qaydada yığılaraq zərərsizləşdirilib.

Ərazinin minalardan təmizlənməsi üzrə zəruri tədbirlər davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş