İlk görüş "Betis" - "Sevilya" derbisi olacaq
İspaniya Kral Futbol Federasiyasının prezidenti Xavyer Tebas ölkə çempionatının bərpa tarixini açıqlayıb. AYNA-nın "Report"a istinadən məlumatına görə, martda koronavirus pandemiyası ilə əlaqədar dayandırılmış La Liqa iyunun 11-də qaldığı yerdən davam edəcək.
İlk görüş isə "Betis" - "Sevilya" derbisi olacaq.
Qeyd edək ki, daha əvvəl İspaniyanın baş naziri Pedro Sançes çempionatın iyunun 8-də bərpa oluna biləcəyini söyləyib.