"Mançester Yunayted" İngiltərə kubokunda yarımfinala yüksəlib

İdman

28.06.2020 - 01:42

Həkimlər Klinikalar SEO Xidməti

"Qırmızı şeytanlar" 118-ci dəqiqədə qələbə qolunu vurub

 

İngiltərə kubokunda mübarizə bərpa olunub. AYNA-nın Apasport.az-a istinadən məlumatına görə, bu gün 1/4 final mərhələsinin ilk oyunu keçirilib.

 

Premyer Liqanın son pilləsində qərarlaşan "Norviç" "Mançester Yunayted"lə qarşılaşıb. 90 dəqiqə ərzində tərəflərdən heç biri üstünlük qazanmadığından, əlavə vaxta ehtiyac duyulub. 

 

Rəqibin qırmızı vərəqə səbəbindən azlıqda çıxış etməsindən yararlanan "qırmızı şeytanlar" 118-ci dəqiqədə qələbə qolunu vurub və yarımfinala vəsiqə əldə edən ilk komanda olub.

 

1/4 final mərhələsinin digər oyunları iyunun 28-də keçiriləcək.

 

İngiltərə kuboku
1/4 final
27 iyun
"Norviç" - "Mançester Yunayted" - 1:2
Kantuell, 75 - İqalo, 51; Maquayr, 118

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş