Hücum nəticəsində 28 nəfər yaralanıb
Rusiyanın Kursk vilayətinə edilən hücumda ölənlərin sayı 5-ə çatıb. AYNA “RİA Novosti”yə istinadən xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin kütləvi hücumları nəticəsində yaralananların sayı 28 nəfərə çatıb.
Yaralananlar arasında 6 uşaq da var.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücumu dinc sakinlərə qarşı növbəti “terror aktıdır”.