Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb
Kürdəmirdə evdə yanğın baş verib. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Qeyd olunub ki, rayonun Xırdapay kəndində ümumi sahəsi 120 kvadratmetr olan birmərtəbəli dördotaqlı evin bir otağının tavanı 12 kvadratmetr sahədə və ev əşyaları qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.