Mitinq Moskva şəhər Dumasına müxalif namizədlər tərəfindən təşkil edilib
Moskvada razılaşdırılmamış etiraz zamanı 1074 nəfər saxlanılıb. AYNA Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Moskvadakı saytında məlumat verilib.
Vətəndaşların "müxtəlif qanun pozuntularına görə" saxlanıldığı bildirilir.
Bildirilir ki, Moskva şəhər meriyasından kənarda icazəsiz mitinq Moskva şəhər Dumasına müxalif namizədlər tərəfindən təşkil edilib. Prokurorluq vurğulayıb ki, razılaşdırılmamış mitinqlərin təşkili və onlarda iştirak "qanunla müəyyən edilmiş məsuliyyətə" səbəb olur.