Çayda batma təhlükəsi ilə üzləşən dörd uşaq sudan çıxarılıb
Bərdədə Kür çayında üzən beş uşaq burulğana düşüb. AYNA Oxu.Az-a istinadən xəbər verir ki, hadisə çayın rayonun Qılınclı kəndindən keçən hissəsində qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi Aqşin Əlili bildirib ki, çayda batma təhlükəsi ilə üzləşən dörd uşaq sudan çıxarılıb: “2002-ci il təvəllüdlü Mirağazadə Röyal Rafiq oğlunun axtarışları davam etdirilir”. Hazırda faktla bağlı araşdırma aparılır.