Bakı ilə Abşeronda və bəzi rayonlarda gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Dekabrın 2-si axşamdan 3-ü gündüzədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi rayonlarda gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
AYNA.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Bakıda və Abşeron yarımadasında, Naftalan, Goranboy, Xızı, Xaçmaz, Qusar, Şabran, Siyəzən, Neftçala, Qobustanda qısamüddətli qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.