Maduronu müdafiə edərkən həlak olanlar üçün matəm elan edilib
Kuba Prezidenti Migel Dias-Kanel Venesuelada 32 vətəndaşının ölümü ilə əlaqədar iki günlük milli matəm elan edib. AYNA.AZ xəbər verir ki, bu barədə “Granma” məlumat yayıb.
Prezidentin fərmanında deyilir: "5 yanvar saat 6:00-dan 6 yanvar 2026-cı il saat 00:00-dək iki günlük milli matəm elan edirəm".
Qeyd edək ki, ölənlər ABŞ-ın hücumu zamanı Venesuela Prezidenti Nikolas Maduronu müdafiə edənlərdir.