Kuba ABŞ-ı yanacaq tədarükünü dayandırmağa cəhddə günahlandırıb

Dünya

30.01.2026 - 12:34

“ABŞ hakimiyyəti Kuba xalqına ekstremal həyat şəraiti tətbiq etməyə çalışır”

“ABŞ hakimiyyəti Kubaya yanacaq tədarükünü effektiv şəkildə dayandırmaq təşəbbüsünü irəli sürməklə Kuba xalqına ekstremal həyat şəraiti tətbiq etməyə çalışır”. AYNA.AZ xəbər verir ki, bu sözləri Kubanın xarici işlər naziri Bruno Rodriges Parrilla sosial media platforması “X”da yazıb.

O Havananın ABŞ-ın Kubaya qarşı yeni eskalasiyasını "ən sərt şəkildə" pislədiyini vurğulayıb.

Nazir yazıb: "İndi onlar ölkəmizə yanacaq tədarükünü tam blokadaya almağı təklif edirlər".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş