“Həmkarlarım, istintaq təcridxanasındakı yaxın dostum, mən vətənimdən uzaqdayam”
Rusiyalı məşhur teleaparıcı Kseniya Sobçak şəxsi “Telegram” kanalında Rusiyanı tərk etməsindən danışıb. AYNA xəbər verir ki, Sobçak ad gününü başqa ölkədə qeyd etdiyini təsdiqləyib.
“Həmkarlarım, istintaq təcridxanasındakı yaxın dostum, mən vətənimdən uzaqdayam”, – jurnalist yazıb.
Sobçak dostlarına və pərəstişkarlarına da müraciət edib. “Sevginiz və dəstəyinizə görə hamınıza təşəkkür edirəm. Bu, hələ də böhtan və pislikdən başqa bir şey deyil. Ağıllı insanlar hər şeyi görür və başa düşürlər. Və hələ də axmaqları inandıra bilmirsən", deyə Sobçak fikrini yekunlaşdırıb.
Noyabrın 5-də Sobçakın 41 yaşı tamam olub. Jurnalistin Rusiyanı tərk etməsi ilə bağlı məlumatlar oktyabrın sonunda mətbuatda yer alıb. Teleaparıcının Belarus və Litva sərhədini keçdiyi iddia edilən videosu çəkilib. Sobçakın özü bu barədə açıqlama verməyib.
Jurnalist getməzdən əvvəl onun kommersiya direktoru Kirill Suxanov hədə-qorxu ilə tələb etdiyi üçün saxlanılıb. Bəzi məlumatlara görə, Sobçakın evində axtarışlar aparılıb, lakin teleaparıcı bu məlumatı şərh etməyib.