Qəzaya uğrayan An-26 hərbi nəqliyyat təyyarəsi uçuruma çırpılıb
Rusiya Müdafiə Nazirliyi An-26 təyyarəsinin qəzasında 29 nəfərin öldüyünü açıqlayıb. AYNA.AZ rus mediasına istinadən bildirir ki, An-26 hərbi nəqliyyat təyyarəsinin qəza yeri müəyyən edilib.
Rusiya Müdafiə Nazirliyindən bildirilib ki, qəzada 23 sərnişin və 6 heyət üzvü həlak olub.
"Axtarış-xilasetmə qrupu An-26 təyyarəsinin qəza yeri müəyyən edilib. Hadisə yerindən alınan məlumatlara görə, altı heyət üzvü və göyərtədə olan 23 sərnişin həlak olub", - deyə bildirilib.
İlkin məlumata görə, qəzaya texniki nasazlıq səbəb olub. Rusiya Müdafiə Nazirliyinin komissiyası hadisə yerində araşdırma aparır.
Hadisə yerində olan mənbə “RİA Novosti”yə bildirib ki, Krımda qəzaya uğrayan An-26 hərbi nəqliyyat təyyarəsi uçuruma çırpılıb.