Dmitri Peskov: “Trampın planı danışıqlar üçün çox yaxşı əsas ola bilər”
“ABŞ Prezidenti Donald Trampın “sülh planı” Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlar üçün əsas ola biləcək yeganə sənəddir”. AYNA.AZ rus mediasına istinadən bildirir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov deyib.
"Hazırda yeganə əsas məsələ Amerika planıdır, Trampın planıdır. Biz inanırıq ki, bu, danışıqlar üçün çox yaxşı əsas ola bilər. Biz hələ də bu baxışa sadiqik", - deyə o bildirib.
Peskov həmçinin vurğulayıb ki, avropalıların iştirakı olmadan Avropa təhlükəsizlik sistemi və təhlükəsizlik zəmanətləri ilə bağlı müzakirələr "praktik olaraq mümkün deyil", buna görə də onların iştirakı "müəyyən mərhələdə" tələb olunacaq.