Kremldən Rusiya-Ukrayna sülh danışıqları barədə açıqlama

Dünya

11.09.2023 - 16:17

cedabet dərman SEO Xidməti

Peskov: “Kiyev Moskva ilə danışıqlara başlamalı olacaq”

“Kiyev yaranan reallıqları qəbul etməklə Rusiya ilə danışıqlara başlamalı olacaq”. AYNA xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“İstənilən halda, Kiyev rejimi danışıqlara 2022-ci ilin martında problemləri sülh yolu ilə həll etməkdən imtina etməsindən sonra ortaya çıxan yeni reallıqları qəbul etməklə başlamalı olacaq”, - Peskov vurğulayıb.

Qeyd edək ki, Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak bəyan edib ki, Ukrayna nizamlanması üzrə sülh danışıqları indi mümkün deyil.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş