Peskov: “Rusiya açıq ölkə olaraq qalır və xarici şirkətlərin işləməsi üçün rahat şəraitin yaradılmasında maraqlıdır”
“Kollektiv Qərb ölkələri Rusiyaya qarşı, o cümlədən iqtisadi münasibətlərdə “kvazimüharibə” apardılar”. AYNA TASS-a istinadən xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov deyib.
Rusiya Prezidentinin mətbuat katibi vurğulayıb ki, Rusiya açıq ölkə olaraq qalır və xarici şirkətlərin işləməsi üçün rahat şəraitin yaradılmasında maraqlıdır.
Onun sözlərinə görə, Rusiyada fəaliyyətini davam etdirən şirkətlər bunu təsdiq edə bilər.
“Ancaq kollektiv Qərbin Rusiya ilə apardığı ehtimal olunan “kvazimüharibə”ni, o cümlədən iqtisadi müharibəni nəzərə alsaq, təbii ki, hökumətlərinin təzyiqi ilə buradan gedən Qərb şirkətlərinə xüsusi rejim tətbiq olunur”, Peskov deyib.