Kremldən Baydenə cavab: ““Hollivud” kovboyu üslubunda davranış nümayiş etdirir”

Dünya

22.02.2024 - 15:49

cedabet dərman SEO Xidməti

Peskov Baydenin Putinlə bağlı sözlərini ABŞ üçün biabırçılıq adlandırıb

Kremlin mətbuat katibi Dmitri Peskov ABŞ Prezidenti Co baydenin Rusiya Prezidenti Vladimir Putini təhqir etməsinə münasibət bildirib. AYNA rus mediasına istinadən bildirir ki, Peskov Amerika liderini “Hollivud” kovboyuna bənzədib.

“Aydındır ki, cənab Bayden daxili siyasi maraqlar naminə “Hollivud” kovboyu üslubunda davranış nümayiş etdirir. Bunu çox istərdi. Düşünmürəm ki, bu, mümkün deyil”, - Peskov vurğulayıb.

Peskov deyib ki, Putin heç vaxt təhqir etməyi özünə yaraşdırmayıb. Kreml sözçüsü Baydenin Putinlə bağlı sözlərini ABŞ üçün biabırçılıq adlandırıb.

Qeyd edək ki, Bayden San-Fransiskoda keçirilən qapalı seçki kampaniyası zamanı Rusiya lideri Vladimir Putin haqqında kobud danışaraq onu “it oğlu” adlandırıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş