Kreml: Rusiyanın iştirakı olmadan Ukrayna ilə sülhün müzakirəsi mənasızdır

Dünya

15.01.2024 - 16:08

cedabet dərman SEO Xidməti

Dmitri Peskov: “Kiyevi Moskva ilə hər hansı danışıqların aparılmasına qadağa qoymasını rəsmiləşdirməyə çağırıram”

“Rusiyanın iştirakı olmadan Zelenskinin düsturuna əsasən Ukraynada sülhü müzakirə etmək mənasızdır”. AYNA rus mediasına istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Kreml sözçüsü qeyd edib ki, mahiyyət etibarı ilə bunlar danışmaq üçün danışıqlardır: “Bu, konkret nəticə əldə etməyə yönəlməyən və ola bilməyən prosesdir. Səbəbi bəllidir - Rusiya bu prosesdə iştirak etmir”.

Peskov əlavə edib ki, Rusiyanın iştirakı olmadan hər hansı müzakirələr mümkündür, lakin onların perspektivi yoxdur.

“Kiyevi Moskva ilə hər hansı danışıqların aparılmasına qadağa qoymasını rəsmiləşdirməyə çağırıram. Vəziyyətin absurdluğunu, yəqin ki, bu qadağanı xatırlamaqla başa düşmək olar".

Qeyd edək ki, yanvarın 14-də Davosda 83 nümayəndə heyətinin iştirak etdiyi “sülh formulu” ilə bağlı iclas keçirilib.

Xatırladaq ki, bundan əvvəl İsveçrə Xarici İşlər Nazirliyi bəyan etmişdi ki, Rusiya Ukraynada nizamlanma ilə bağlı müzakirəyə daxil edilməlidir. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə İsveçrə XİN rəhbərinin təklifini “İzvestiya”ya şərh edərkən deyib ki, ilk növbədə Qərb ölkələri Ukraynaya silah verməkdən imtina etməlidir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş