Dmitri Peskov: "Bu halda biz ehtimaldan yox, qaçılmazlıqdan danışmalıyıq
“Qərb qoşunları Ukraynaya göndərilərsə, NATO ilə Rusiya arasında birbaşa hərbi münaqişə qaçılmaz olacaq” AYNA rus mediasına istinadən bildirir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov deyib.
"Bu halda biz ehtimaldan yox, qaçılmazlıqdan danışmalıyıq və biz bunu belə qiymətləndiririk", deyə Kreml nümayəndəsi vurğulayıb.
“NATO və Rusiya arasında münaqişənin yaranacağı təqdirdə Rusiya risklərini necə qiymətləndirir” sualına belə cavab verib: “İttifaq ölkələri özlərindən soruşmalıdırlar ki, bu, onların, ən əsası isə, öz ölkələrinin vətəndaşlarının maraqlarına cavab verir, yoxsa yox? Prezident Vladimir Putinin Taker Karlsona müsahibəsində qeyd etdiyi kimi, Ukraynaya başqa ölkələrin nizami qoşunlarının göndərilməsi dünyanı qlobal münaqişə astanasına gətirər”.
Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron Qərb qoşunlarının Ukraynaya göndərilməsi ehtimalı istisna etməyib.