Kreml: NATO Rusiyaya strateji məğlubiyyət yaşatmaq istəyir

Dünya

11.07.2024 - 17:18

Həkimlər Klinikalar SEO Xidməti

Peskov: “NATO Rusiyanı məğlub etmək istəyinə görə Ukraynanı qəbul etmək istəyir”

“Şimali Atlantika Alyansı (NATO) ölkələrinin müzakirələri və planları Rusiyaya strateji məğlubiyyət yaşatmaq istəyi ilə bağlıdır”. AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.

“Aydındır ki, NATO əsas məqsədlərindən birini - Rusiyanı sıxışdırmaq və ona strateji məğlubiyyət yaşatmaq məqsədi güdür. Moskva qəbul edilmiş qərarları və aparılan müzakirələri çox dərindən təhlil edir və sammitin yekunları üzrə bəyannamənin mətnini çox diqqətlə təhlil edir”, - mətbuat katibi qeyd edib.

Qeyd edək ki, iyulun 9-11-də ABŞ-da NATO sammiti keçirilib. Sammitin əsas mövzusu Ukrayna münaqişəsidir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş