Kraliçadan nəvəsi ilə gəlininin qərarına münasibət

Dünya

14.01.2020 - 00:47

Həkimlər Klinikalar SEO Xidməti

II Elizabet Harri və Meqanın “yeni həyat” qurmaq istəyini dəstəkləyib

 

Böyük Britaniya kraliçası II Elizabet nəvəsi şahzadə Harri və həyat yoldaşı Meqan Marklın kral ailəsinin yüksək vəzifəli üzvləri olmaqdan imtina etmələri və “yeni həyat”a başlamaqla bağlı qərarlarını dəstəklədiyini açıqlayıb.

 

AYNA xəbər verir ki, bu barədə Bukingem sarayı bəyanat yayıb.

 

“Bu gün ailəm nəvəmin və ailəsinin gələcəyi ilə bağlı çox konstruktiv müzakirələr apardı. Ailəm və mən gənc ailə olaraq özləri üçün yeni bir həyat yaratmaq istəyində Harri və həyat yoldaşı Meqanı tam dəstəkləyirik. Hərçənd ki, mən və ailəm onların kral ailəsinin üzvlərinin öhdəliklərinin icrasını davam etdirmələrini çox istərdik. Lakin, onların müstəqil həyat yaşamaq və sərbəst ailə kimi qalmaq istəklərini hörmətlə anlayırıq və qarşılayırıq”, deyə məlumatda qeyd olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş