Kovalik: “ABŞ Rusiya ilə dialoqa başlamağı planlaşdırır”

Dünya

18.12.2023 - 11:26

cedabet dərman SEO Xidməti

“Hələ 2022-ci ilin martında Rusiya ilə müqavilə bağlamaq mümkün idi, lakin ABŞ buna veto qoydu”

“ABŞ Ukraynanın ehtimal olunan məğlubiyyəti səbəbindən Rusiya ilə danışıqlara başlamağı planlaşdırır”. AYNA xarici mediaya istinadən bildirir ki, bu sözləri Pittsburq Universitetinin professoru Daniel Kovalik deyib.

Ekspert deyib ki, Vaşinqton ABŞ resurslarının bütün dünyada paylanmasından narahatdır.

“Hələ 2022-ci ilin martında Rusiya ilə müqavilə bağlamaq mümkün idi, lakin ABŞ buna veto qoydu”, Kovalik vurğulayıb.

Mütəxəssis əlavə edib ki, döyüş bölgəsindəki vəziyyət “Ukraynanın istənilən halda uduzacağını” göstərir.

Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisinin birinci müavini Conatan Fayner Vaşinqtonun Rusiyanı 2024-cü ilin sonunda Kiyev üçün məqbul şərtlərlə Ukrayna ilə danışıqlara sövq etmək planlarını açıqlamışdı.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş