Koronavirusa yoluxmuş ağciyərlərin şəkilləri yayılıb - <font color=red> FOTO</font>

Dünya

02.02.2020 - 17:27

Həkimlər Klinikalar SEO Xidməti

Təhlükəli koronavirusa yoluxanların sayı sürətlə artır 

 

Çin həkimləri 2019 nSoV koronavirusuna yoluxmuş pasiyentin ağciyərlərinin şəkillərini yayıblar.

 

AYNA “Report”a istinadən xəbər verir ki, "Radiology" jurnalında dərc edilmiş təsvirlər Çinin Lançjou şəhərində 39 dərəcə temperaturla xəstəxanaya yerləşdirilmiş 33 yaşlı qadının kompüter tomoqrafiyası nəticəsində alınıb.

 

Birinci şəkildə "tutqun şüşə effekti”ni yaradan bulanıqlıq görünür. Üç gün sonra çəkilmiş ikinci şəkildə isə virusun genişlənmiş sahəsini görmək mümkündür.

 

"Epidemioloji xüsusiyyətlərə, klinik təzahürlərə, döş hüceyrələrinin şəkillərinə və laboratoriya məlumatlarına əsasən, 2019 nCoV sətəlcəm diaqnozu qoyuldu", - deyə nəşr bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş