Koronavirusa yoluxan gənc jurnalist vəfat edib

Hadisə

28.08.2021 - 14:53

Oğuz Altay 10 gün öncə koronavirusla bağlı paylaşım edərək insanları ehtiyatlı olmağa çağırıb

 

Azərbaycanda gənc jurnalist koronavirusdan vəfat edib. AYNA “Qafqazinfo”ya istinadən xəbər verir ki, bir müddət öncə “COVID-19” virusuna yoluxan 32 yaşlı Oğuz Altay bu gün dünyasını dəyişib. Ailəsi jurnalistin vəfatı xəbərini təsdiqləyib.

 

Qeyd edək ki, O. Altay 10 gün öncə sosial şəbəkə hesabında koronavirusla bağlı paylaşım edərək insanları ehtiyatlı olmağa çağırıb: “Dostlar, diqqətli olun. Rayonlarda insanlar kütləvi halda yenidən koronavirusa yoluxub”.

 

O.Altay azvision.az və femida.az saytlarının əməkdaşı olub. 



Müəllif: Ayna.az