Koronavirusa qarşı vaksin hazırlandı

Dünya

06.02.2020 - 08:43

Həkimlər Klinikalar SEO Xidməti

Gələn həftə preparatı heyvanlar üzərində yoxlamağa başlayacaqlar

 

Londonun İmperiya Kolleci yeni koronavirusa qarşı vaksinin hazırlanması haqqında bildirib.

 

AYNA “Report”a istinadən xəbər verir ki, vaksinin laboratoriya mərhələsi cəmi 14 gün çəkib. Artıq gələn həftə preparatı heyvanlar üzərində yoxlamağa başlayacaqlar.

 

Adətən iş kliniki sınaqlara qədər yalnız iki-üç il sonra çatır. Lakin professor Robin Şettok alimlərin işində qeyri-adi operativlik göstərib.

 

Qeyd edilir ki, əgər bunun üçün maliyyələşmə kifayət qədər olsa, artıq yayda vaksin insanların müalicəsinə tətbiq edilə bilər.

 

Xatırladaq ki, İtaliya alimləri də koronavirusa qarşı yeni vaksin hazırladıqlarını açıqlayıblar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş