Koronavirus Böyük Britaniyaya da çatdı

Dünya

31.01.2020 - 15:23

Həkimlər Klinikalar SEO Xidməti

Təhlükəli virusa yoluxan 2 nəfər karantin altına alınıb

 

Böyük Britaniyada koronavirusa yoluxmuş 2 vətəndaş aşkarlanıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, hər ikisi eyni ailənin üzvləridir və nəzarətə götürülüblər.

 

Məlumatda bildirilir ki, hələlik həmin şəxslər izolə olunub, xüsusi xəstəxanada karantin altındadırlar.

 

Qeyd edək ki, Çində bu virusa yaxalanan 213 nəfər həyatını itirib. Ümumilikdə 7000 nəfərdən çox insan koronavirusa yoluxub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş