Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib

Xəbərlər

08.02.2021 - 17:03

Həkimlər Klinikalar SEO Xidməti

İclasda Səbail Rayon Məhkəməsinin müraciətinə baxılaraq, qərardad çıxarılıb

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

 

Konstitusiya Məhkəməsinin Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin müraciətinə baxılaraq, icraata qəbul olunması haqqında qərardad çıxarılıb.

 

Müraciətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun fevralın 24-nə təyin edilmiş iclasında baxılacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş