Konstitusiya Məhkəməsi Palatasında Baş Prokurorluğun sorğusuna baxılıb

Xəbərlər

10.01.2024 - 17:36

Plenumun icraatına qəbul olunması haqqında qərardad çıxarılıb

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

Konstitusiya Məhkəməsindən AYNA-ya verilən məlumata görə, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.2, 84.1-ci və 170-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasının Baş Prokurorluğunun sorğusuna baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad çıxarılıb.

Sorğuya mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun yanvarın 31-nə təyin edilmiş iclasında baxılacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş