Maykl Makkal: “Pekin Rusiyanı başqa öldürücü silahlarla da təmin edə bilər”
Çin Rusiyaya yüzlərlə pilotsuz təyyarə tədarük etməyi planlaşdırır. AYNA xəbər verir ki, bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin rəhbəri Maykl Makkal “ABC News” kanalına deyib.
“Bizim kəşfiyyat məlumatlarımız var ki, onlar Rusiyaya yüzlərlə dron göndərmək haqqında düşünürlər”, - deyə Makkal bildirib.
Onun sözlərinə görə, Pekin Rusiyanı başqa öldürücü silahlarla da təmin edə bilər.
Qeyd edək ki, CNN Çinin Rusiyaya dron və artilleriya tədarükünə hazırlığı barədə məlumat yayıb. Həmçinin, ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan Çini Rusiyaya köməkdə ittiham edib.