Teylor Qrin: "Vaşinqton NATO-nun üzvü deyilsə, niyə Ukraynanın sərhədlərini qoruyur?"
ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Marjorie Teylor Qrin ABŞ Prezidenti Co Baydeni amerikalıları Rusiya ilə proksi müharibəsinə sürükləməkdə ittiham edib.
AYNA xarici mediaya istinadən bildirir ki, konqresmen Baydenin Ukrayna ilə bağlı siyasətinə irad bildirib: "Maraqlıdır ki, Vaşinqton NATO-nun üzvü deyilsə, niyə Ukraynanın sərhədlərini qoruyur?".
Qrin həmçinin bildirib ki, ABŞ kəşfiyyatı Rusiyanın Avropanı işğal etmək niyyəti barədə yalan danışır.
Xatırladaq ki, bundan əvvəl konqresmen Ukraynaya yardımı ABŞ üçün "dəhşətli biabırçılıq" adlandırmışdı.