Kolleclərə əlavə yerləşdirmə üzrə qeydiyyat başlayır

Xəbərlər

09.09.2025 - 12:39

Elektron sistem üzrə qeydiyyat 17 sentyabr saat 18:00-da yekunlaşacaq

Ümumi (9 illik) orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə əlavə yerləşdirmə üzrə qəbul olunanlar üçün elektron qeydiyyat prosesinə 10 sentyabr saat 11:00-da start veriləcək. AYNA.AZ xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib.

Qəbul olunmuş şəxslər https://portal.edu.az/ saytında qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.

Elektron sistem üzrə qeydiyyat 17 sentyabr 2025-ci il saat 18:00-da yekunlaşacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş