Baş nazir: “Məqsədimiz münaqişəni sülh yolu ilə həll etməkdir"
“Gürcüstanın Rusiya ilə münasibətlərə dair aydın mövqeyi var və bu mövqe həm Moskvanın Abxaziya və Cənubi Osetiyanı tanımaması tələbi, həm də praqmatik ticarət-iqtisadi əməkdaşlıq tələbləri ilə xarakterizə olunur”. ASYNA.AZ xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze "Rustavi 2" televiziyasına verdiyi müsahibədə deyib.
"Rusiyaya qarşı siyasətimizə gəldikdə isə, bu, çox aydındır. Bizim diplomatik münasibətlərimiz yoxdur, eyni zamanda, ticarət-iqtisadi münasibətlərimiz var və biz yenidən praqmatik siyasət yürüdürük. Məqsədimiz münaqişəni sülh yolu ilə həll etməkdir", - deyə Gürcüstanın Baş naziri qeyd edib.