Kobaxidze: “Gürcüstan Avropa İttifaqına üzv olmaq istəyir, amma...”

Dünya

10.11.2025 - 11:33

“...Brüsselin ədalətli davranması və bu məsələdən şantaj aləti kimi istifadə etməməsi şərti ilə”

“Gürcüstan hökuməti Avropa İttifaqına üzvlük yolunu davam etdirmək istəyir, ancaq Brüsselin ədalətli davranması və bu məsələdən şantaj aləti kimi istifadə etməməsi şərti ilə”. AYNA.AZ gürcü mediasına istinadən bildirir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

Kobaxidze deyib ki, Gürcüstanın Aİ-yə namizəd statusu alması üçün bir il yarım vaxt lazım olub: “Biz bunun üçün mübarizə aparmalı olduq. Bundan əlavə, namizəd statusu şantaj vasitəsi kimi istifadə edildi. Daha sonra onlar bizi Aİ-yə üzvlük danışıqlarına başlamaq məsələsi ilə şantaj etməyə başladılar ki, bu da yaxşı deyil. Çünki bu, nəticədə Gürcüstanda iğtişaşlara səbəb oldu".

Gürcüstanın Baş naziri hökumətinin "hələ də ABİ-nin tamhüquqlu üzvü olmaq məqsədi daşıdığını", lakin "bu yolda yalnız qaydalara və ədalət prinsipinə uyğun olaraq davam etmək" istədiyini bildirib.

Qeyd edək ki, hakim "Gürcü Arzusu – Demokratik Gürcüstan" Partiyasının Brüssel ilə münasibətləri 2024-cü ilin yazında "Xarici Agentlər Qanunu"nun qəbul edilməsindən sonra pisləşdi. Aİ Gürcüstanın üzvlük prosesini dayandırdı, hökumətə maliyyə yardımının bir hissəsini dondurdu və bütün yüksək səviyyəli əlaqələrdən imtina etdi.

Avropa Parlamenti "Gürcü Arzusu"nun qələbəsini göstərən 2024-cü il Gürcüstan parlament seçkilərinin nəticələrini tanımadı.

Gürcüstan da öz növbəsində Aİ üzvlüyü danışıqları məsələsini 2028-ci ilə qədər gündəliyindən çıxardı. Bu, ölkədə genişmiqyaslı etirazlara səbəb oldu.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş