“Hərəkət, indi gördüyümüz şey, deyə bilmərəm ki, bu, demokratiyadır”
Kiyev meri Vitali Kliçko Ukrayna Prezidenti Volodimir Zelenskinin siyasətini tənqid edib. AYNA-nın xəbərinə görə, Kliçko “The Globe and Mail” qəzetinə müsahibəsində deyib ki, Zelenskinin siyasəti yanlış istiqamətdə gedir və getdikcə avtoritarlaşır.
“Hərəkət, indi gördüyümüz şey, deyə bilmərəm ki, bu, demokratiyadır. Bu, şaqulilik və avtoritarizmdən xəbər verir”, - deyə Kiyev meri bildirib.
Xatırladaq ki, yanvarın 16-da Kliçko bildirmişdi ki, rəsmi Kiyev dövlət siyasətini tənqid edən media və jurnalistlərə təzyiq göstərir.