Kiyevdə elektrik enerjisi və suyun verilməsi tam bərpa olunub

Dünya

27.11.2022 - 15:24

“Şəhər sakinlərinin əksəriyyətinin evində elektrik enerjisi var”

Ukrayna paytaxtı Kiyevdə bütün istehlakçılar üçün işıq, su və istilik təchizatı demək olar ki, tam bərpa olunub. AYNA xəbər verir ki, bu barədə məlumat Kiyev Şəhər Hərbi Administrasiyasının rəsmi “Telegram” kanalında yer alıb.

Rəsmilərin sözlərinə görə, şəhərdə təmir işləri son mərhələdədir: “Səhər saatlarına olan məlumata görə, şəhər sakinlərinin əksəriyyətinin evində elektrik enerjisi var”.

Qeyd edək ki, noyabrın 23-də Rusiyanın raket hücumları nəticəsində Ukraynanın Kiyev daxil olmaqla, bütün şəhərlərində elektrik enerjisinin verilməsində çətinliklər yaranmışdı.

Müəllif: Ayna.az