Kiyev Rusiyanın ukraynalı hərbi əsirlərə qarşı zorakılığını araşdırır

Dünya

04.06.2024 - 12:24

Həkimlər Klinikalar SEO Xidməti

Prokurorlar Xarkovda Ukrayna hərbçilərinin işğalçıların kobud rəftarını əks etdirən videonu aşkar ediblər

Ukrayna Baş Prokurorluğu Xarkov vilayətində rus hərbçilərinin ukraynalı hərbi əsirlərə qarşı qəddar rəftar faktları ilə bağlı ibtidai istintaqa başlandığını elan edib. AYNA xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu “Telegram”da məlumat yayıb.

“Sosial şəbəkələrin monitorinqi zamanı prokurorlar Xarkov istiqamətində Ukrayna hərbçilərinin işğalçıların kobud rəftarını əks etdirən videonu aşkar ediblər. Söhbət iki gün əvvəl sosial şəbəkələrdə yayımlanan, gözləri bağlı ukraynalı əsirlərin meşə yolu ilə zəncirlə aparıldığı videolardan gedir. Mühafizəçilər kobudcasına tələb edirlər ki, SSRİ himnini oxusunlar, qabaqda zəncirlə gedənləri döysünlər. Sonra rusiyalı hərbçi zərbədən yıxılan ukraynalının başının yanında avtomatdan yerə atəş açır”, - deyə məlumatda vurğulanıb.

Ukrayna Baş Prokurorluğu məhbuslara qarşı qəddar rəftar və psixoloji təzyiq göstərildiyini bildirib: “Onları müşayiət edən hərbçilərin hərəkətləri Cenevrə Konvensiyalarının pozulmasıdır. İlkin istintaqı Xarkov vilayətindəki SBU şöbəsi aparır”.

“Suspilne” telekanalının jurnalistləri rus əsgərlərindən birinin şəxsiyyətini müəyyən ediblər. Onların sözlərinə görə, bu, videoda “Bars” zəng işarəsi ilə çağırılan Sankt-Peterburqdan olan 32 yaşlı Aleksey Kiprindir.

“Suspilne” öz materialında göstərir ki, kanalın jurnalisti rus təbliğatçısı adı altında “What’s App” messencerində Kiprinlə əlaqə saxlaya bilib.

“Himn zəif oxundu. Başının arxasına şillə vurdular və hərbi əsir düşərgəsinə köçürdülər”, – Kirpin cavabında yazıb.

Kanal onu da qeyd edir ki, bu rusiyalı hərbçi daha əvvəl sosial şəbəkələrdə müxtəlif illərdən hərbi geyimdə olan fotolarını “2014-cü ildən Rusiyanı qoruyur” şərhi ilə dərc edib. Jurnalistlərin dediyinə görə, o, “LPR” adlanan qurumun polisində xidmət edib. “Suspilne” yazır ki, bir il əvvəl Kirpin sosial şəbəkələrdə Putinin imzası olan “Müqəddəs Georgi Xaç” mükafatının fotoşəkillərini paylaşıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş