Kiyev Qərb tərəfdaşlarından “Patriot” sistemləri istəyir

Dünya

26.03.2024 - 13:08

Nazir: ““Patriot”ların olmaması səbəbindən Ukrayna cəbhədə mövqelərini itirir”

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Qərbdən yeni “Patriot” zenit-raket komplekslərini tələb edib. AYNA xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

“Bizə bu lənətə gəlmiş “Patriot”lardan verilsin. Əgər kifayət qədər hava hücumundan müdafiə sistemlərimiz, yəni “Patriot”larımız olsaydı, təkcə xalqımızın həyatını deyil, həm də iqtisadiyyatımızı məhv olmaqdan xilas edə bilərdik”, - Kuleba bildirib.

Nazir deyib ki, Rusiyanın modernləşdirilmiş təyyarə idarəolunan bombalarından kütləvi şəkildə istifadə etməyə başlaması və Qərbin yeni “Patriot”lar verməməsi səbəbindən Ukrayna qoşunları mövqelərini itirir: “Raketləri “Patriot”larsız dayandırmaq olmur. Raketlər başımıza düşürlər və hər şeyi məhv edirlər. Beləliklə, biz öz mövqelərimizi itiririk”.

Bundan əvvəl Dmitri Kuleba demişdi ki, Ukraynanın Qərb tərəfdaşları ölkənin “əli arxasına bağlı” döyüşməsini istəyir.

Müəllif: Ayna.az