KİV: Vaşinqtonun Kubada hakimiyyət dəyişikliyi planı var

Dünya

22.01.2026 - 12:19

ABŞ Kuba hökuməti daxilində insanları cəlb etməyə çalışır

ABŞ Prezidenti Donald Trampın administrasiyası 2026-cı ilin sonuna qədər Havana hökumətini devirmək üçün Kuba hökuməti daxilində insanları cəlb etməyə çalışır. AYNA.AZ xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti mənbələrinə istinadən məlumat yayıb.

Nəşr qeyd edib ki, Kuba hökuməti daxilində insanları axtarmaq Venesuela Prezidenti Nikolas Maduronun devrilməsi ilə bağlı coşğudan sonra başlayıb.

Mənbələr iddia edib ki, Ağ Ev administrasiyası Kuba iqtisadiyyatını "çökməyə yaxın" kimi qiymətləndirir və ölkə hökuməti Maduro kimi həyati müttəfiqini itirdikdən sonra heç vaxt "bu qədər kövrək" olmayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş