Kimya sahəsi üzrə Nobel mükafatı alan alimlərin adları açıqlanıb

Dünya

04.10.2023 - 16:56

Onlar bu mükafata “kvant nöqtələrinin kəşfi və sintezinə” görə layiq görülüblər

2023-cü il üzrə kimya sahəsində Nobel mükafatına layiq görülən alimlərin adları açıqlanıb. AYNA xəbər verir ki, Nobel Komitəsi oktyabrın 4-də Massaçusets Texnologiya İnstitutundan (ABŞ) Munqi Bavendinin, Kolumbiya Universitetindən (ABŞ) Luis Bryusun və rusiyalı alim Aleksey Yekimovun 2023-cü il üzrə Kimya sahəsində Nobel mükafatına layiq görüldüklərini elan edib.

Onlar bu mükafata “kvant nöqtələrinin kəşfi və sintezinə” görə layiq görülüblər.

Müəllif: Ayna.az