Kim Çen üç həftədən sonra yenə üzə çıxıb

Dünya

24.05.2020 - 14:23

Həkimlər Klinikalar SEO Xidməti

Şimali Koreya lideri partiya Mərkəzi Hərbi Komitəsinin iclasını keçirib

 

Şimali Koreya lideri Kim Çen İn üç həftədən sonra ilk dəfə ictimaiyyətə görünüb. AYNA xəbər verir ki, bu barədə “Bloomberg” Agentliyi yazıb. Məlumatda qeyd olunur ki, Kim Çen Şimali Koreya İşçi Partiyasının (TPK) Mərkəzi Hərbi Komitəsinin iclasını keçirib. Görüş milli müdafiə qüvvələrinin gücləndirilməsi üçün tələblərin müzakirəsinə həsr olunub.

 

İclasda Şimali Koreya lideri nüvə müharibəsinin daxili və xarici siyasət vasitəsi ilə qarşısının alınması məsələsini də qaldırıb. Amma görüşün dəqiq tarixi bildirilmir. Ölkənin Mərkəzi Teleqraf Agentliyi Kim Çenin fotosunu, həmçinin 23 may tarixində imzaladığı sərəncamları yayımlayıb.

 

Qeyd edək ki, aprelin ortalarında Kim Çen İn atası, Şimali Koreyanın qurucusu Kim Ir Sunqun doğum günündə görünmədi. Bu səbəbdən də, onun öldüyü və ya xəstələndiyi haqqında dünya mətbuatında məlumatlar yayıldı. Şimali Koreya liderinin ayaq üstə dayana bilmədiyi, komada olduğu ehtimal edildi. Bununla belə, mayın 2-də Şimali Koreyanın Mərkəzi Teleqraf Agentliyi və ölkənin rəsmi qəzeti yeni zavod açılışı mərasimindən Kimin fotolarını yayımladı. Ondan sonra, ölkə rəhbərinin ölüm xəbərləri səngidi. 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş