Kim Çen Inın qızı ilə bağlı məlumatlar: rəsm çəkməyi və at sürməyi sevir

Maraqlı

12.03.2023 - 18:19

10 yaşlı Kim Çu Ae heç vaxt adi təhsil müəssisələrinə getməyib və evdə təhsil alır

Şimali Koreya lideri Kim Çen Inın on yaşlı qızı rəsm çəkməyi və at sürməyi sevir. AYNA xəbər verir ki, bu barədə “Daily Mail” yazıb.

Nəşr qeyd edir ki, bu həftə Cənubi Koreyanın Milli Kəşfiyyat Xidməti ölkə deputatları üçün xüsusi qapalı brifinq keçirib və bu brifinqdə KXDR rəhbərinin qızı Kim Çu Ae, eləcə də digərlər övladları barədə məlumat verib. Belə ki, Xidmətin rəhbəri Kim Kyo-hyun bildirib ki, məlumatlara görə, qız heç vaxt adi təhsil müəssisələrinə getməyib və evdə təhsil alır.

"Onun hobbiləri at sürmək, üzgüçülük və xizək sürməkdir... Bizdə məlumat var ki, Kim Çen In onun at sürmə bacarığından çox razıdır", - Cənubi Koreya kəşfiyyatının rəhbəri bildirib.

O, həmçinin qeyd edib ki, qız ehtimal ki, Kim Çen Inın üç uşağının ikincisidir. Heç vaxt ictimaiyyətə görünmədiyi halda onun böyük bir qardaşı olduğu məlumdur. Bununla əlaqədar olaraq, əvvəllər oğlanın əqli və ya fiziki anormallıqlardan əziyyət çəkə biləcəyi barədə şayiələr var idi, lakin Cənubi Koreya kəşfiyyatında bu məlumatı təsdiqləyən etibarlı məlumat yoxdur.

Müəllif: Ayna.az