“Xəstə olmayanlar ya evlərinə çəkilmiş, ya da ölülərini ağlayırdılar”

Maraqlı

23.04.2020 - 03:34

Konstantinopoldakı epidemiyada 5-10 min insanın öldüyü qeydə alınıb

 

VI əsrdə Konstantinopolda baş vermiş bubonik vəba epidemiyası ilə koronavirus pandemiyası arasında bəzi oxşarlıqlar olduğu ortaya çıxdı. Barselona universitetindən Sales Carbonelli isimli araştırmaçı Prokopus adlı Bizans tarixçisinin yazılarını incələyərək şəhərdə ciddi qadağalar və təcrid tətbiq edildiyini aşkar edib. Carbonelli xəstə insanlar üçün tam karantinin məcburi olduğunu, digərləri üçün isə izolyasiya edildiklərini yazır.

 

Vəbanın Konstantinopola 541-ci ildə Misirdəki epidamiyadan bir il sonra gəldiyi ifadə edilir. Prokopius belə yazır: "Hər şey Misirdən yüksəldi. Oradan sürətlə və ölümcül bir şəkildə yayıldı". Yazır və beunları əlavə edir: "Bizantiumda (indiki İstanbul) insanlar qələbəlik yerlərdə görünmürdülər. Xəstə olmayanlar ya evlərinə çəkilmiş, ya da ölülərini ağlayırdılar".

 

Tarixçi Prokopius xəstələrə baxanların çəkdikləri çətinliklərdən də yazıb: "Bir çoxları onlara baxan olmadığı üçün öldü. Xəstələrə baxanlar çəktikləri acı və yorğunluqdan bitap düşmüşdülər".

 

Konstantinopoldakı epidemiyada 5-10 min insanın öldüyü qeydə alınıb.

Müəllif: İbrahim Nəbioğlu