Dünyanın ən cəlbedici pasportu bəlli olub

Maraqlı

07.01.2020 - 19:30

Siyahıda Azərbaycan 76-cı yeri tutur

 

İsveçrənin "Henley & Partners" şirkəti pasportların cəlbedicilik reytinqini yeniləyib. AYNA xəbər verir ki, siyahının yeni versiyası şirkətin saytında yerləşdirilib.

 

Siyahıda Azərbaycan 76-cı yeri tutur. Azərbaycan vətəndaşı olan şəxslər 67 ölkəyə vizasız gedə bilərlər. 159 ölkəyə getmək üçün isə viza tələb olunur.

 

Ermənistan isə 81-ci yerdədir. Ermənistan vətəndaşlarına 62 ölkəyə vizasız getməyə icazə verilir. 164 ölkəyə isə ancaq viza aldıqdan sonra gedə bilərlər.

 

Siyahıda birinci yeri Yaponiya, ikinci yeri Sinqapur , üçüncü yeri Almaniya və Şimali Koreya, dördüncü yeri Finlandiya və İtaliya, beşinci yeri isə Danimarka, Lüksemburq və İspaniya tutur.

 

Yaponiya vətəndaşları 191,  Sinqapur vətəndaşları 190, Almaniya və Cənubi Koreya vətəndaşları 189, Finlandiya və İtaliya vətəndaşları 188, Danimarka, Lüksemburq və İspaniya vətəndaşları isə 187 ölkəyə vizasız səfər edə bilərlər.

 

Qeyd edək ki, reytinq ölkə vətəndaşlarının bir çox dövlətlərə vizasız və ya sadələşdirilmiş qaydada viza əldə etməklə səfər edəcəyini ifadə edən hərəkət azadlığı indeksinə əsaslanır.

Müəllif: Mərahim Nəsib