Qaranlıq quyu: zülmət deyil, həyat verir – FOTOLENT

Maraqlı

10.08.2024 - 17:06

Həkimlər Klinikalar SEO Xidməti

Azərbaycan təbiətinin əsrarəngiz nümunəsi: gözünüz gözəllik görsün

Tokiəxil şəlaləsi Lerikin ən gözəl şəlalələrindən biridir. Rayonun Vizəzəmin kəndi ərazisində yerləşən şəlalə yerli və xarici turistlərin ən çox üz tutduqları məkanlardandır. Tokiəxil adı talış dilindən tərcümədə “qaranlıq dərə” (uçurum, göl, quyu) mənasını verir.

Şəlaləyə çatmaq üçün Lənkəran-Lerik yolunun 33-cü kilometrindən Vizəzəmin kəndi istiqamətində dönərək kəndin mərkəzinə kimi getmək lazımdır. Vizəzəminə gedən yol asfalt olmasa da, sedan tipli avtomobillərlə getmək olur.

Kəndin mərkəzindən şəlaləyə təxminən 3 km-dək piyada məsafə qət etmək lazımdır. Yolu soruşduqda yerli sakinlər də marşrutu həvəslə izah edirlər. Piyada getmək istəməyənlər üçün isə müəyyən ödəniş müqabilində kənddən yolsuzluq avtomobili tutmaq olar. Bu maşınlarla da yolun yalnız yarısını gəlmək mümkündür. Qalan məsafə isə çay dərəsi və kanyondan keçdiyi üçün mütləq piyada gedilməlidir.

Şəlaləyə getmək üçün iki cür ayaqqabı götürmək məsləhətdir. Kanyonla hərəkət edildiyindən mütləq suya girmək lazım gəlir. Qayıtdıqda quru qalan ikinci ayaqqabı köməyinizə çatacaq.

O qədər də çətin sayılmayan marşrutda bir neçə yerdə aşmış ağaclar səbəbindən yürüş təcrübəsi olmayan adamlar üçün çətinlik yarana bilər. Amma bu, şəlalənin gözəlliyini görmək üçün maneə olmamalıdır.

Şəlaləyə yaxınlaşdıqca kanyon daralır və şəlalə tökülən yer elə adında olduğu kimi qaranlıq bir quyuya bənzəyir. Bu da əsrarəngiz təbiət mənzərəsi yaradır.

Yay aylarında şəlaləyə getmək üçün həftənin ara günləri getmək daha uyğun olar. Şənbə və bazar günləri Bakı və digər şəhərlərdən turla çox sayda turist gəldiyindən təbiətdən istədiyiniz zövqü almaya bilərsiniz.

Gedərkən özünüzlə artıq su ehtiyatı götürməyə ehtiyac yoxdur. Çayın bəzi hissələrində təbii bulaqlara rast gələcəksiniz. Şəlaləyə gedən yol eniş, qayıtdıqda isə yoxuş olduğundan qayıdanda su ehtiyatı götürmək olar.

Bundan başqa marşrut üzərində iki yerdə kafe tipli çayxana var ki, burada da dayanıb dincinizi alaraq çay içə bilərsiniz. Təbiətdən zövq almaqdan çəkinməyin. Ümid edirik ki, AYNA-nın təqdim etdiyi bu fotolentə baxaraq bir çoxlarında Tokiəxil şəlaləsinə getmək arzusu yaranacaq.

Qaranlıq quyu: zülmət deyil, həyat verir – Qaranlıq quyu: zülmət deyil, həyat verir – Qaranlıq quyu: zülmət deyil, həyat verir – Qaranlıq quyu: zülmət deyil, həyat verir – Qaranlıq quyu: zülmət deyil, həyat verir – Qaranlıq quyu: zülmət deyil, həyat verir – Qaranlıq quyu: zülmət deyil, həyat verir – Qaranlıq quyu: zülmət deyil, həyat verir – Qaranlıq quyu: zülmət deyil, həyat verir – Qaranlıq quyu: zülmət deyil, həyat verir – Qaranlıq quyu: zülmət deyil, həyat verir – Qaranlıq quyu: zülmət deyil, həyat verir – Qaranlıq quyu: zülmət deyil, həyat verir – Qaranlıq quyu: zülmət deyil, həyat verir –
Müəllif: İlham Mustafa