Kim Çen Inın bacısı: “Rusiyaya silah tədarükü ilə bağlı ittihamlar absurddur”

Dünya

17.05.2024 - 15:43

Həkimlər Klinikalar SEO Xidməti

“Bizim hərbi-texniki imkanlarımızı heç bir ölkəyə ixrac etmək və ya ictimaiyyətə açmaq niyyətimiz yoxdur”

Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Conq Rusiyaya silah tədarükü ilə bağlı ittihamları “absurd” adlandırıb. AYNA xəbər verir ki, bu sözləri “Associated Press” yayıb.

“Bizim hərbi-texniki imkanlarımızı heç bir ölkəyə ixrac etmək və ya ictimaiyyətə açmaq niyyətimiz yoxdur”, - deyə Conq qeyd edib.

Onun sözlərinə görə, digər dövlətlər Rusiya-Şimali Koreya münasibətlərini ləkələməyə çalışaraq spekulyasiyalar edir.

Kim Yo Conq ABŞ və Cənubi Koreyanın Rusiyaya silah tədarükü ilə bağlı ittihamlarını “heç bir qiymətləndirməyə və şərhə layiq olmayan ən absurd paradoks” adlandırıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş