Şimali Koreya lideri ABŞ-la mümkün müharibəyə hazırlaşmaq göstərişi verib
“Təxribatların sayının artması və ABŞ tərəfindən qarşıdurmanın artması səbəbindən Şimali Koreya ordusu mümkün müharibəyə hazırlığı sürətləndirməlidir”. AYNA xarici mediaya istinadən xəbər verir ki, bu sözləri Şimali Koreya lideri Kim Çen In Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin plenumu zamanı səsləndirib.
Şimali Koreya liderinin sözlərinə görə, bu qənaət Koreya yarımadasındakı ciddi siyasi və hərbi vəziyyətin dərin təhlili əsasında tərtib edilib.
Kim Çen In deyib ki, ABŞ və onun vassal qüvvələri misli görünməmiş cinayətlər törədirlər.